İdman

Xavi ulduz futbolçuya yeni klub axtarmağı məsləhət gördü

Sharing is caring!

“Barselona”nın baş məşqçisi Xavi komandanın hücumçusu Memfis Depaya bildirib ki, əgər o, komandadan ayrılmasa, bütün mövsümü ehtiyat oyunçular skamyasında əyləşəcək.

AS nəşrinin məlumatına görə, Xavi hücumçu ilə ABŞ turnesində tanış olub. Məşqçi niderlandlı ilə səmimi olmaq istəyib və 28 yaşlı futbolçunun düşdüyü vəziyyəti gizlətməyib.

Xavi Depaya bildirib ki, Levandovski və Rafinyanın transferlərindən, eləcə də Dembele ilə yeni müqavilə imzalandıqdan sonra onun meydana daxil olmaq şansları minimuma enib. Buna görə də katalon mütəxəssis futbolçuya yeni klub axtarmağı tövsiyə edib, əks halda bütün mövsümü ehtiyat oyunçular skamyasında keçirəcəyini bildirib.

Hazırda “Barsa” Memfis üçün ən azı 20 milyon avro istəyir. Hücumçunun kataloniyalılarla müqaviləsi 2023-cü ilin yayında bitir.

Xatırladaq ki, Depay “Barselona”ya ötən yay keçib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir