Dünya

Boris Conson yenidən baş nazir postuna qayıtmağa çalışacaq

Sharing is caring!

Böyük Britaniyanın istefa verən baş naziri Boris Conson gələcəkdə bu vəzifəyə qayıtmağa çalışacaq.

Conson əmindir ki, istənilən varisin hakimiyyətə gəlməsi Mühafizəkarlar Partiyası üçün fəlakətə çevrilə bilər. Belə vəziyyətdə o, siyasi birliyi yenidən hakimiyyətə gətirə və baş nazir postunu tuta bilər.

Qeyd olunur ki, Mühafizəkarlar Partiyasının 7,6 mindən çox üzvü Consonun keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trasla birlikdə baş nazir postuna namizədlər siyahısına daxil edilməsini tələb edən petisiya imzalayıb.

Xatırladaq ki, iyulun 7-də Boris Conson vəzifəsini tərk etmək qərarını açıqlayıb. O, bu qərarı siyasi böhran və Britaniya hökuməti üzvlərinin istefa dalğası səbəbindən verib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir