İdman

Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşir

Sharing is caring!

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan təmsilçilərinin də bu raunddakı potensial rəqibləri müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

“Neftçi” II təsnifat mərhələsində Kipr “Aris”ini üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətinə düşəcək. Bu halda “ağ-qaralar” “Tvente” (Niderland), “Mölde” (Norveç) / “Elfsborq” (İsveç) cütünün qalibi, “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi, “Hapoel” (Beer-Şeva, İsrail) / “Dinamo” (Minsk, Belarus) cütünün qalibi və ya “Levski” (Sofiya, Bolqarıstan) / PAOK (Yunanıstan) cütünün qalibi ilə oynayacaq.

Azərbaycanın digər iki təmsilçisi isə hazırkı rəqiblərini keçməyi bacarsa, III raundda səpələnmişlər səbətində yer alacaq.

“Zirə” İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, “Rujomberok” (Slovakiya) / “Riqa” (Latviya) cütünün qalibi, “Kızıl Jar” (Petropavlovsk, Qazaxıstan) / “Osiyek” (Xorvatiya) cütünün qalibi, “Vikinqur” (Farer adaları) / “Dunayska Streda” (Slovakiya) cütünün qalibi, “Qzira Yunayted” (Malta) / “Radniçki” (Serbiya) cütünün qalibi və ya “Qomel” (Belarus) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.

“Qəbələ” Macarıstanın “Fehervar” komandasını keçsə, III raundda “Panatinaikos” (Yunanıstan), “Sepsi” (Rumıniya) / “Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi, “Vlajniya” (Albaniya) / “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi, “Koper” (Sloveniya) / “Vaduts” (Lixtenşteyn) cütünün qalibi və ya “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin matçları avqustun 4-ü və 11-də oynanılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir