İdman

Azərbaycanda adi futbol matçı üçün 3 manatdan bilet satılır – FOTO

Sharing is caring!

Azərbaycanda adi yoxlama oyunu üçün üç manatdan bilet satılır.

Oxu.Az-ın xəbərinə görə, belə baha bilet satışı bu gün Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı” və “Turan Tovuz” komandaları arasında keçiriləcək matç üçündür.

Bu gün saat 18:00-da başlayacaq qeyri-rəsmi matç üçün bölgədə belə qiymətə biletin satılması absurd yanaşmadır. Çünki hətta klublarımızın beynəlxalq oyunlarında belə, ən ucuz biletin maksimum qiyməti 2 manatdan o tərəfə keçmir. Deməli, klub rəhbəri hələ də müəyyən olmayan “Şamaxı”da kimlərsə pul qazanmaq niyyətindədir. Bölgə əhalisi üçün isə üç manat az pul deyil.

Bizdə olan məlumata görə, bu elanı sosial şəbəkələrdə paylaşan şəxs Şamaxı Rayon İcra Hakimiyyətində işləyən İlqar Novruzovdur. O daha əvvəl də 9 apreldə keçirilmiş Azərbaycan Premyer Liqasının “Şamaxı” – “Neftçi” oyunu üçün 2 manata bilet satıldığını açıqlamışdı.

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Ilqar Novruzov (@ilqar_56)

Həmin şəxs Oxu.Az-a açıqlamasında elanda göstərilən nömrənin ona məxsus olduğunu, “Şamaxı TV” səhifəsinin şəhərdə ən böyük izləyiciyə sahib olduğu üçün bilet satışına kömək etdiyini bildirib.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir