İdman

“Neftçi” “Qaziantep”lə heç-heçə edib

Sharing is caring!

Türkiyənin Bolu şəhərində təlim-məşq toplantısında olan “Neftçi” sonuncu yoxlama oyununu keçirib.

“Report”un məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, Boludakı ilk yoxlama matçında “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edən “ağ-qaralar” növbəti görüşündə “Sivasspor”a uduzub – 0:1.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir