İdman

Atıcımız Ruslan Lunyov vətənə qızıl medalla dönüb – FOTO

Sharing is caring!

Ruslan Lunyov 25m Lapua Avropa Kubokunun üçüncü təsnifat mərhələsində iştirak edərək iki gümüş və bir qızıl medal qazanıb.

Həmyerlimiz kişilər arasında keçirilən 25 metr məsafəyə tapançadan atış üzrə yarışın qalibi olaraq, ən yüksək pilləyə yüksəlib. Vətənə qələbə ilə dönən idmançımız 580 xal toplayıb.

“Qələbə qazandığım üçün çox xoşbəxtəm. Son atışlarda düşünürdüm ki, hətta dünya rekordunu da qıra bilərəm. Lakin məni rekordan cəmi 5-6 xal ayırdı”, – deyən həmvətənimiz son dövrədə 91 xal toplamasını izah edib.  

Ruslan Lunyov Avropa Kubokunun sentyabrda Lissabonda keçiriləcək final yarışına vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa Atıcılıq Federasiyasının yarışlarından olan 25m Lapua Avropa Kuboku 6-10 iyul tarixlərində Estoniyanın Tallin şəhərində baş tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir