İdman

Ukrayna futbol çempionatı barədə qərar verildi

Sharing is caring!

Ukraynanın idman naziri Vadim Qutsayt yeni futbol mövsümünün avqustun 23-də başlayacağını açıqlayıb.

“Ukrayna futbol çempionatı avqustun 23-də, Dövlət Bayrağı Günündə başlayır.

Biz Ukrayna Futbol Assosiasiyası, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Polis, Dövlət Fövqəladə Hallar Xidməti ilə birlikdə yarışların təşkili və keçirilməsi prosedurunu hazırlamaq barədə razılığa gəldik.

Matçlar Ukrayna ərazisində, tamaşaçısız, yerli hərbi idarələrin icazəsi və bütün təhlükəsizlik qaydalarına riayət olunmaqla keçiriləcək. Ukraynada futbolu bərpa etmək çox vacibdir”, – Qutsayt sosial şəbəkədə yazıb.

Xatırladaq ki, Ukrayna futbol çempionatının son mövsümü vaxtından əvvəl başa çatdırılıb.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir