İdman

“Mançester Yunayted”in De Yonq üçün “Barsa”ya ödəyəcəyi məbləğ açıqlandı

Sharing is caring!

“Mançester Yunayted” və “Barselona” Frenki de Yonqun transferini müzakirə edirlər.

Yarımmüdafiəçinin alışı 85 milyon avroya başa gələcək. İngilislər dərhal 65 milyon avro verəcək, daha sonra isə 20 milyon avroluq bonus ödəyəcəklər.

Hazırda klublar bonus ödənişlərinin strukturu ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, 25 yaşlı niderlandlı yarımmüdafiəçi ötən mövsüm katalonların heyətində 46 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir