İdman

Fransa adından çıxış edən boksçu Ağdamda kabab bişirdi – VİDEO

Sharing is caring!

Fransada yaşayan Azərbaycan əsilli boksçu Murad Əliyev doğma Vətəninə qayıdıb.

Oxu.Az-ın xəbərinə görə, II Avropa Oyunlarının gümüş mükafatçısı, Tokio Olimpiadasının iştirakçısı olmuş, hazırda peşəkar boksla məşğul olan idmançı Bərdədə və Ağdamın Sarıcalı kəndində olub.

26 yaşlı idmançı Sarıcalı kəndində milli mətbəximizin bəzəyi sayılan kabab bişirib və onun dadına baxıb.

Qeyd edək ki, Murad Əliyev Rusiyanın paytaxtı Moskvada doğulub və daha sonra ailəsi ilə Fransaya köçüb.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir