İdman

“Qarabağ” bu gün Rumıniya klubu ilə oynayacaq

Sharing is caring!

Azərbaycan çempionu “Qarabağ” bu gün təlim-məşq toplanışında olduğu Avstriyada ilk yoxlama oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, “Qarabağ” bu gün Bakı vaxtı ilə saat 19:00-da Rumıniyanın “Botoşan” komandası ilə gücünü sınayacaq.

Qeyd edək ki, Ağdam komandasının növbəti oyunları iyunun 29-da olacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda həmin gün Almaniyanın “Holştayn” və Rumıniyanın “Universitatya“ (Krayova) klubları ilə üz-üzə gələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir