İdman

“Qarabağ” braziliyalı futbolçu üçün bir milyon dollara yaxın pul xərcləyəcək

Sharing is caring!

“Qarabağ” Braziliyanın “Nautiko” klubunun futbolçusu Raldneylə anlaşıb.

Oxu.Az Braziliya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi iyulun 1-dən Ağdam komandasına qoşulacaq.

Bunun üçün “Qarabağ”ın qarşı tərəfə bir milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilib. Çünki dayaq yarımmüdafiəçisinin “Nautiko” ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, “Qarabağ” daha əvvəl monteneqrolu hücumameyilli mərkəz yarımmüdafiəçisi Marko Yankoviçi transfer edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir