İdman

Rafael Ağayev ABŞ-da danışdı: “Dona ilə döyüş elə 2016-da qaldı” – FOTO/VİDEO

Sharing is caring!

“2016-cı ildə Deyvi Dona ilə olan döyüş elə 2016-da da qaldı. Mən hazırda ayın 25-də olan döyüş barədə düşünürəm və rəqibimə yetərincə hörmət edirəm. Kim güclüdürsə, o da qalib olsun”.

Oxu.Az-ın xəbərinə görə, bunu karateçi Rafael Ağayev deyib.

O, iyunun 25-də Fransa karateçisi Deyvi Dona ilə “Karate Kombat”da döyüşü barədə danışıb. Döyüşdən öncə keçirilən mətbuat konfransında Rafael Ağayevdən Zabit Səmədovun zalında məşq keçdiyi və bunun üstünlüyü barədə soruşulub.

“Zabit Səmədov bizim böyük çempiondur. Biz əvvəllər onun zalında məşq edirdik. Ancaq bu o qədər də önəmli deyil. Lap zirzəmi də olsa, peşəkar idmançı hər zaman düzgün məşq keçməlidir”, – deyə R.Ağayev qeyd edib.

Deyvi Dona isə 2016-cı ildə Parisdə qaydadan kənar şəkildə nokauta saldığı Rafael Ağayevlə döyüş barədə bunu deyib:

“Bu dəfə kontakt olacaq. Ümid edirəm ki, bu dəfə hakimlər Rafaelə vurduğum zərbəyə görə döyüşü məni qalib etmək üçün saxlayacaqlar”.

Qeyd edək ki, ABŞ-ın Orlando şəhərində keçiriləcək döyüş üç raunddan ibarət olacaq.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir