İdman

Ülvü gümüş medal qazandı, komandamız çempion oldu – FOTO

Sharing is caring!

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri davam edir.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə sonuncu təmsilçimiz xalça üzərinə çıxıb.

Ülvü Qənizadə (72 kq) təsnifat mərhələsində 23 yaşadək güləşçilər arasında Avropa çempionu Kristian İştvan Vançaya (Macarıstan) qalib gəlib – 5:1.

Güləşçimiz 1/4 finalda eyni hesabla moldovalı Valentin Petiçi üstələyib. Qənizadə yarımfinalda norveçli Haavard Yorgenseni məğlub edib – 3:1.

Ancaq Ülvü finalda litvalı Kristupas Sleyvayla güləşməyib. Ayağından zədələndiyi həlledici görüşdə iştirak etməyən milli üzvü gümüş medalla kifayətlənib.

Beləliklə, millimiz reytinq turnirini 9 medalla başa vurub. 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edən yığmamız 148 xal toplayıb.

Azərbaycan komanda hesabında 1-ci yeri tutub. Ölkəmiz 2-ci pillədə qərarlaşan Macarıstanı 46 xal qabaqlayıb. İran isə 98 xalla isə 3-cü olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir