İdman

“Kəpəz” sabiq kapitanına yenidən qucaq açdı – FOTO

Sharing is caring!

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, Gəncə təmsilçisi sağ cinah müdafiəçisi Tural Axundovu transfer edib.

33 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tural Axundov 2015-2017-ci illərdə də “sarı-göylər”in şərəfini qoruyub və iki mövsüm komandanı kapitan kimi meydana çıxarıb. Onun sonuncu klubu “Şamaxı” olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir