İdman

Başqasının müqaviləsindən ilham aldı: Neymar “Pari Sen-Jermen”i tərk etməyəcək

Sharing is caring!

“Pari Sen-Jermen”in braziliyalı hücumçusu Neymar Fransa klubunu tərk etməkdən imtina edib.

Məsələ burasındadır ki, parislilər maaş cədvəlini yüngülləşdirməyi planlaşdırırlar. Bu məqsədlə də komandanın bir neçə oyunçusu ilə yolları ayırmağa hazırdırlar. Neymar da onlardan biridir.

Braziliyalının Fransanın paytaxt klubundakı maaşı bir mövsüm üçün təxminən 50 milyon avrodur. Lakin futbolçu kluba getmək fikrində olmadığını bildirib.

Vəziyyətə bir çox cəhətdən Kilian Mbappenin maaşının artırılmasını nəzərdə tutan müqavilənin 2025-ci ilə qədər uzadılması təsir edib.

Mənbə: Marca

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir