İdman

Salah “Barselona”ya keçəcəyini vəd edib

Sharing is caring!

“Liverpul”un və Misir yığmasının hücumçusu Məhəmməd Salah “Barselona” rəhbərliyinə söz verib.

Forvard gələn yay azad agent kimi onlara qoşulacağını bildirib.

Bu səbəbdən Salah “Liverpul” ilə yeni müqavilə üçün danışıqlar prosesini uzadıb.

Misirlinin mersisaydlılarla hazırkı müqaviləsi gələn il iyunun 30-da başa çatır. “Transfermarkt” 29 yaşlı futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.

Qyd edək ki, Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. O, komandanın tərkibində ölkə çempionluğu, İngiltərə kuboku, İngiltərə Liqa kuboku, Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Mənbə: “Sport 24”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir