İdman

Ən romantik döyüş anları: Azərbaycanın peşəkar qılıncoynadanlarının çempionatından FOTOREPORTAJ

Sharing is caring!

İki illik fasilədən sonra qılıncoynatma üzrə Azərbaycan çempionatı keçirilib.

Oxu.Az-ın xəbərinə görə, bu gün qılıncoynatmanın şpaqa növü üzrə kişi və qadınlar arasında keçirilən yarışla ölkə çempionları müəyyənləşdirilib.

Kişilər
1.Ruslan Həsənov
2. Kənan Əliyev
3. Barat Quliyev, Fərrux Səfərov

Qadınlar
1.Azərin İdriszadə
2. Nazilə Rəhimova
3. Dilək Məmmədova, Xədicə Həsənli

Azərbaycan Qılıncoynatma Federasiyası (AQF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çempionatın mükafatçıları diplom və medallarla təltif olunub. Diplom və medalları mükafatçılara AQF-nın vitse-prezidenti Fərhad Kasimov, baş katib Vasif Məmmədov və milli komandanın baş məşqçisi Çingiz Mustafayev təqdim edib. Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunan Azərbaycan çempionatında ilk üç yerin sahiblərinə qiymətli hədiyyələr və pul mükafatları verilib.

Şpaqa daha çox orta əsr Avropa hərb sənətində istifadə olunub. Az sonra Qərb ədəbiyyatının mahir roman ustaları şpaqanı qəhrəmanlarının sevgi uğrunda apardığı mübarizədə əsas silahına çeviriblər. Beləliklə, indi filmlərdə də izlədiyimiz şpaqa ilə döyüş səhnələri ən romantik anlardan hesab edilir.

Memarlıq və İnşaat Universitetinin idman zalında keçirilən yarışdan görüntüləri təqdim edirik:

FOTOQALEREYA: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir