İdman

Bakıda yarışa gələn turistlərin xərclədikləri məbləğ AÇIQLANDI: Ən azı 3000…

Sharing is caring!

“Formula-1” Azərbaycan Qran-prisinə tamaşa etmək üçün Bakıya gələn turistlərin hər biri ölkəmizdə orta hesabla 3000 dollar pul xərcləyir.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, “Formula-1” yarışına baxmağa gələnlər adətən maddi imkanları yüksək olan fanatlardır.

“Formula-1” yarışına baxmaq üçün Bakıya gələn turistlər daha çox beşulduzlu hotellərdə qalır, ölkənin digər turizm imkanlarından istifadə edirlər. Pandemiya dövründə müəyyən məhdudiyyətlər olduğu üçün ölkəmiz “Formula-1” yarışlarından çox da gəlir əldə edə bilmədi. Bu il keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisinə gələcək turistlərin sayı isə ən azından 2019-cu ildəki qədər olacaq”.

Ə.Qurbanov bildirib ki, “Formula-1” yarışları paytaxtda keçirildiyindən turistlər əsasən Bakıda qalırlar:

“Əvvəlki illərdə apardığımız monitorinqlərə əsasən deyə bilərik ki, həmin turistlər paytaxtın turistik yerlərində, ictimai-iaşə obyektlərində kifayət qədər pul xərcləyirlər. “Formula-1” yarışları ilə əlaqədar əsasən Avropadan turistlərin gələcəyi gözlənilir. İyunun ilk ongünlüyündə ölkəmizdə xarici turistləri tez-tez görəcəyik”, – Assosiasiya sədri vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir