İdman

Levandovski: “Bavariya”dakı dövrüm bitdi, daha burada oynamaq istəmirəm”

Sharing is caring!

Robert Levandovski artıq “Bavariya”da oynamaq istəmədiyini bildirib.

“Mənim “Bavariya”dakı dövrüm başa çatıb. Artıq bu klubda oynamağa davam etmək imkanını görmürəm. “Bavariya” ciddi klubdur və inanıram ki, onlar məni saxlamayacaqlar. Mən daha burada oynamaq istəmirəm. Transfer ən yaxşı həll yoludur. Ümid edirəm ki, məni dayandırmazlar”, – hücumçu Polşa millisi ilə mətbuat konfransı zamanı deyib.

Qeyd edək ki, bu mövsüm Levandovski Münhen klubunun heyətində bütün turnirlərdə 50 oyunda 46 qol vurub.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir