İdman

“Bakı Marafonu”nun ukraynalı qalibi: “Qələbəni xalqıma həsr edirəm”

Sharing is caring!

“Bakı Marafonu-2022”nin əcnəbi qalibləri fikirlərini bildirib.

Qadınlarda Valentina Veretskaya və Rinas Əhmədeyev Oxu.Az-a açıqlamasında bunları deyib:

Valentina Veretskaya: “Qazandığım bu qələbəni müharibə vəziyyətində olan Ukrayna xalqına həsr edirəm. Özüm Zaporojyedənəm. Belə qələbələrlə Ukrayna xalqının da qələbəyə yaxın olduğunu göstəririk. İlk dəfə Bakıdakı marafonda oluram. Yerli əhali binalardan mənə dəstək olurdu. Asfalt sürüşkən idi, idman ayaqqabıları ilə qaçmaq çətinləşmişdi. Amma bununla belə qalib gəldim”.  

Rinas Əhmədeyev: “Özüm Tatarıstandanam. Təşkilatçılara təşəkkürümü bildirirəm ki, belə bir mötəbər yarış keçirirlər. Marafon üçün relyef çox uyğundur. Qalib gəldiyim üçün çox şadam”.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir