İdman

İranın daha bir tanınmış idmançısı ölkəni tərk etdi – FOTO

Sharing is caring!

İranlı idmançılar rejimin basqılarına, habelə hökumətin onlara qarşı biganə yanaşmasına görə bir-birinin ardınca ölkəni tərk etməyə davam edirlər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, bu dəfə ölkəni tərk edərək digər dövlətlərə sığınan iranlı idmançılar sırasına İranın ağır atletika ilə məşğul olan tanınmış idmançısı Yekta Camali də qatılıb.

Onun Yunanıstanda komanda düşərgəsini tərk edərək yoxa çıxdığı bildirilir. O, ağır atletika sahəsində beynəlxalq medal qazanan ilk iranlı qadın idmançıdır.

Xatırladaq ki, bundan öncə yüzlərlə iranlı idmançı hökumətin ölkədə onlara qarşı biganə yanaşması, habelə təzyiq və basqılara məruz qoyması səbəbilə birdəfəlik olaraq ölkəni tərk edib, digər dövlətlərə sığınıblar.

İran rejiminin bir neçə gün öncə açıqlanan yeni qərarına əsasən, ölkədə qadınların ağır atletika ilə məşğul olması qadağan edilmişdi. Görünür, xanım Camali də bu səbəbdən ölkəni tərk edərək başqa bir dövlətə sığınmaq məcburiyyətində qalıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir