İdman

“Qarabağ” dünya reytinqinin TOP-100-də: “Neftçi” də irəlilədi

Sharing is caring!

“Qarabağ” klubu dünya sıralamasında irəliləyib.

Oxu.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) açıqladığı reytinqdə Azərbaycanın iki klubu yer alıb.

302 klubun yer aldığı cədvəldə ölkəmizi “Qarabağ” və “Neftçi” təmsil edir. Hər iki komanda irəliləyişə nail olub. Aktivində 136 xal olan Ağdam təmsilçisi dünyanın ilk “100-lüy”ünə düşüb. Qurban Qurbanovun kollektivi 106-cı yerdən 99-cu pilləyə yüksəlib. “Qarabağ” “Mamelodi Sandauns” (CAR) və “Bayer”lə (Almaniya) bu yeri bölüşür.

“Neftçi” isə 16 pilləlik sıçrayış edərək, 221-ciliyə yüksəlib. “Ağ-qaralar”ın aktivində 87 xal var. Bakılılar “Kolon Santa Fe”, “Nyuels Old Boyz” (hər ikisi Argentina) və “Dandolk”la (İrlandiya) eyni reytinqə malikdir.

Reytinqə Çempionlar Liqasının son qalibi “Çelsi” başçılıq edir. İngiltərə təmsilçisinin aktivində 305 xal var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir