İdman

“Brayton” “Mançester Yunayted”ə dörd qol vurdu

Sharing is caring!

Premyer Liqanın 36-cı turunun daha bir qarşılaşması başa çatıb.

“Brayton” turbirin iddialılarından olan “Mançester Yunayted”i qəbul edib.

“Falmer” arenasında baş tutan qarşılaşma gözlənilməz nəticə ilə yekunlaşıb. Belə ki, meydan sahibləri “qırmızı şeytanlar”ın qapısından 4 cavabsız qol keçiriblər – 4:0.

Qeyd edək ki, hazırda “mankunianlar” turnir cədvəlində 6-cı, onların rəqibləri isə  9-cu sırada qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir