İdman

Strongmen idmançılarımızdan ikisi qızıl medal qazandı – FOTO

Sharing is caring!

5-6 may tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Strongmen Federasiyasının dəstəyi ilə Gürcüstanda keçirilən Beynəlxalq Gran-pri turnirinə yollanan üç Strongmen idmançımızdan ikisi yarışın qalibi olaraq qızıl medal qazanıb.

Oxu.Az-a verilən məlumata görə, bir idmançımız isə beşinci yerdə qərarlaşıb.

Şəxsi çəkisi 80 kiloqram olan idmançılar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Dünya və Avropa çempionu, Azərbaycan Respublikasının və Beynəlxalq Dərəcəli idman ustası olan Rövşən Xəlilov bütün rəqiblərindən güclü olduğunu sübut edib.

Şəxsi çəkisi 105 kiloqram olan idmaçılar arasında isə Aydın Humbətov qızıl medala sahib olaraq çempion adını qazanıb.

Digər təmsilçimiz Nicat Hüseynov isə şəxsi çəkisi 105 kiloqrama qədər olan 14 rəqib idmançı arasında beşinci yerdə qərarlaşıb.

Qeyd edək ki yarışda Azərbaycan,Gürcüstan, Almaniya, Estoniya, Latviya, İran, İsrail dövlətlərindən 50-dən çox idmançı iştirak edib.

Strongmen Federasiyasının Prezidenti Bəxtiyar Quliyev qeyd edib ki, idmançılarımızı qarşıda daha mötəbər yarışlar gözləyir:

“İdmançılarımıza gələcək yarışlarda uğurlar arzu edirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir