İdman

Mingəçevirdə “Prezident Kuboku – 2022” üçün parad keçirildi – VİDEO

Sharing is caring!

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə işğaldan azad olunmuş torpaqlarımızda keçiriləcək ilk beynəlxalq turnirdən öncə Mingəçevir şəhərində parad baş tutub.

Oxu.Az-ın xəbərinə görə, mayın 6-7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş avarçəkmə üzrə “Prezident Kuboku – 2022” baş tutacaq.

Turnirdən öncə Mingəçevirdə komandaların paradı təşkil olunub. Yarış iştirakçıları keçiddən sonra ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

AKAF prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və komanda rəsmiləri Heydər Əliyevin heykəlinin önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, reqatanın açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar mayın 6-da Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.

“Prezident Kuboku – 2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir