İdman

İspaniyalı forvard zorlamaya görə həbs edilib – FOTO

Sharing is caring!

İspaniyanın “Selta” klubunun futbolçusu Santi Mina dörd il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ilin iyun ayında Moxakar şəhərində bir qadını zorlamaqda təqsirli bilinib. İstintaqın məlumatına görə, təcavüz gecə klubunun yaxınlığında, idmançının dostu David Qoldarın avtomobilində baş verib.

Bundan əlavə, 26 yaşlı Mina zərərçəkmişə 50 min avro (89,4 min manat) təzminat ödəyəcək. Həmçinin futbolçuya 12 il müddətinə qurbana 500 metrdən çox yaxınlaşmaq qadağan edilib.

Qeyd edək ki, 26 yaşlı Mina 2019-cu ildən “Selta”da çıxış edir. Forvard bu mövsüm çempionatda 33 oyuna çıxıb, yeddi qol vurub və üç məhsuldar ötürmə edib.

Mənbə: Marca

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir