İdman

“Milan” üç xalı bir qolla qazandı – VİDEO

Sharing is caring!

İtaliya A Seriaysında lider “Milan” bunadək turnirin yeddinci pilləsində qərarlaşmış “Fiorentina”nı qəbul edib.

35-ci tur çərçivəsində baş tutan oyunda ev sahibləri son dəqiqələrdə vurulan bir qolla qələbəni bayram ediblər – 1:0.

Qeyd edək ki, turun dünənki oyunlarında çempionluğa iddialı “Napoli” “Sossuolo”nu darmadağın edib (6:1), bu gün isə “Yuventus” “Venesiya” üzərində qələbə çalıb (2:1).

Həmçinin, bu axşam liderdən iki xal geri qalan “İnter” “Udineze”nin qonağı olacaq.

Tura isə bazar ertəsi baş tutacaq “Atalanta” – “Salernitana” qarşılaşması ilə yekun vurulacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir