İdman

Messinin reytinqi düşdü

Sharing is caring!

PSJ-nin hücumçusu Lionel Messi “Qızıl top” mükafatına iddialı olan futbolçuların TOP-10 reytinqində yerini itirib.

Xəbəral.az xəbər verir ki, goal.com-un versiyasına əsasən hazırlanan sihahıda argentinalı hücumçu 20-ci pilləyə düşüb. Buna onun komandasının ötən həftə Çempionlar Liqasının 1/8 finalında “Real”a uduzaraq mübarizəni dayandırması səbəb olub.

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo siyahıda 16-cıdır.

Reytinqdə ilk üç yeri isə müvafiq olaraq Robert Levandovski (“Bavariya”), Kərim Benzema (“Real”) və Məhəmməd Salah (“Liverpul”) tutur.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir