İdman

UEFA prezidenti Türkiyənin oyunu üçün Bakıya gəldi

Sharing is caring!

UEFA-nın prezidenti Aleksander Çeferin Azərbaycana gəlib.

“XəbərAl.az” xəbər verir ki, o, bu gün Bakıda keçiriləcək AÇ-2020-nin Türkiyə – Uels oyununu izləyəcək.

Bu görüş Bakı Olimpiya Stadionunda baş tutacaq. A qrupu çərçivəsində keçiriləcək qarşılaşma AÇ-2020-nin ölkəmizdəki ikinci oyunu olacaq. 4 gün öncə Uels və İsveçrə arasında matç 1:1 hesabı ilə başa çatıb.
 
Qeyd edək ki, qarşılaşmaya saat 20:00-da start veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir