İdman manset

Azərbaycanlı idmançı MMA-da qazandığı qələbəsini Qarabağ şəhidlərinə həsr etdi – VİDEO-FOTO

Sharing is caring!

Martın 7-də Ukraynanın Lutsk şəhərində “PROFC-Ukrayna” Liqasının himayəsi altında “PRIDE” MMA yarışı keçirilib.

XəbərAl.az xəbər verir ki, yarışda iştirak edən azərbaycanlı idmançı Elçin Hüseynov ukraynalı rəqibi Oleksandr Qorodnyuka qalib gəlib.

93 kq çəki dərəcəsində mübarizə aparan Elçin Hüseynov qazandığı qələbəni Qarabağ şəhidlərinə həsr edib.

Turnirdə Ukrayna, Azərbaycan, Ermənistan, Tacikistan və Belarus idmançıları bacarıqlarını göstəriblər.

VİDEO

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir