İdman

AFFA Ukraynada oynayan məşhur hücumçunu milliyə gətirmək istəyir

Sharing is caring!

“Minay” Türkiyədəki təlim-məşq toplanışını başa vurub.

XəbərAl.az xəbər verir ki, Ukraynanın Premyer Liqa təmsilçisi hazırlıq prosesindəki son yoxlama matçında I liqada çıxış edən “Veres”lə üz-üzə gəlib.

Görüş elita klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Minay”ın heyətində qollardan 3-nü azərbaycanlı hücumçu Anatoli Nuriyev vurub.

25 yaşlı forvard 19, 34 və 75-ci dəqiqələdə fərqlənib. Oyunda son nöqtəni isə 88-ci dəqiqədə Andrey Tkaçuk qoyub.

AFFA Anatoli Nuriyevi Azərbaycan millisinə cəlb etmək üçün onunla danışıqları davam etdirir. Futbolçunun özü də yığmamızda oynamaqda maraqlıdır. Hazırda Antalyada olan yığmanın baş məşqçisi Canni De Byazi də oyunçunun çıxışını yaxından izləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir