İdman

UEFA iki futbol millisinin turnirlərini ləğv etdi

Sharing is caring!

COVID-19 pandemiyasının Avropa ölkələrinə təsiri nəzərə alınaraq, UEFA-nın bayrağı altında keçirilən bir sıra turnirlərlə bağlı UEFA İcraiyyə Komitəsi tərəfindən qərarlar qəbul olunub.

AFFA-nın saytı UEFA-nın yeni turnirlərlə bağlı qərarlarını açıqlayıb:

2020/2021-ci il mövsümü üçün qızlar və oğlanlardan ibarət milli komandalar arasında turnirlər

U-17 (qızlar) – ləğv olunur
U-17 (oğlanlar) – ləğv olunur

U-19 (qızlar)

Seçmə mərhələ oyunları – 2021-ci il, aprel (12 mini-turnir)
pley-off (14 komanda) – 2021-ci il, iyun
final mərhələsi (Belarus. 2021-ci il, 21 iyul – 2 avqust)

U-19 (oğlanlar)

Seçmə mərhələ oyunları – 2021-ci il, mart (13 mini-turnir)
pley-off (14 komanda) – 2021-ci il, may/iyun
final mərhələsi (Rumıniya. 2021-ci il, 30 iyun – 13 iyul)

Turnirlərin əsasnaməsi təsdiq üçün UEFA İcraiyyə Komitəsinin 2021-ci ildə keçiriləcək ilk iclasında təqdim olunacaq.

U-19 Avropa çempionatı – 2021/23

U-19-lar arasında Liqa sistemi ilə çempionatın yeni seçmə mərhələsi 2022/2024 mövsümünə keçirilib.

Futzal U-19

Futzal üzrə ikinci U-19 Avropa çempionatı 2021/2022-ci il mövsümünə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir