İdman

Püşk daha iki millimizin bəxtinə Lüksemburqu saldı

17 və 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Püşkün nəticəsinə əsasən, U-17 millimiz 3-cü qrupda Belçika, Norveç və Lüksemburq komandaları ilə birgə mübarizə aparacaq. U-19 millimiz isə 8-ci qrupda İspaniya, Belçika və Lüksembuqla yarışacaq.

Komandalarımızın oyunlarını hansı ölkədə keçirəcəyi və dəqiq hansı tarixdə keçirəcəyinə daha sonra aydınlıq gələcək.

Qeyd edək ki, daha əvvəl əsas millimiz də dünya çempionatının seçmə mərhələsində Lüksemburqla bir qrupa düşmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir