İdman

“Fənərbağça” klubu forma rənglərini dəyişmək qərarına gəlib – FOTO

Sharing is caring!




“Fənərbağça” klubu 2024/25 mövsümündə yeni forma rəngləri ilə çıxış edəcək.

“Sarı-lacivərdlər”in formasını hazırlayan “Puma” şirkəti rənglərdə dəyişiklik etmək istədiklərini bildirib. İstanbul nəhənglərindən olan “Fənərbağça” klubunun rəsmiləri isə təklifi qəbul ediblər.

Belə ki, daha əvvəl istifadə olunan “Blazing Yellow” və “Medieval Blue” rəngləri “Speed Yellow” və “Blue Violet”lə əvəz olunacaq.

Qeyd edək ki, klubun azarkeşləri seçilən rənglərin komandanın tarixçəsinə zərər verə biləcəyini deyərək yeni rəngləri qəbul etmədiklərini bildiriblər.

Mənbə: Fenermedya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir