İdman

Premyer Liqa: “Kəpəz” “Sabah”a məğlub oldu – VİDEO

Sharing is caring!




Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində “Kəpəz” “Sabah”la üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda gəncəlilər 1:2 hesabı ilə uduzub.

Paytaxt təmsilçisinin heyətində hesabı 12-ci dəqiqədə Kahim Parris açıb. 34-cü dəqiqədə isə İshak Belfodil komandasının üstünlüyünü iki topa çatdırıb.

“Sarı-göylər”in heyətində Olavale Onanuqanın 61-ci dəqiqədə vurduğu qol yekun nəticəni təyin edib – 1:2.

Qeyd edək ki, tura “Araz-Naxçıvan” – Səbail” görüşü ilə yekun vurulacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir