İdman

Konfrans Liqası: İlk yarımfinalçılar bəlli oldu – VİDEO

Sharing is caring!




UEFA konfrans Liqasında 1/4 finalın cavab görüşlərinə start verilib.

Artıq iki qarşılaşma başa çatıb.

“Fiorentina” (İtaliya) “Viktoriya”nı (Plzen, Çexiya) yenərək yarımfinala vəsiqə qazanıb. İlk görüşdə, eləcə də cavab matçının əsas vaxtında qapılara qol vurulmayıb. Oyunun 67-ci dəqiqəsində çexlər azlıqda qalıblar. Əlavə vaxtda isə italyanlar say üstünlüyündən yararlanaraq iki top vurub və 1/2 finalda oynamaq hüququ qazanıblar – 2:0.

Digər matçda “Lill” (Fransa) “Aston Villa”nı (İngiltərə) qəbul edib. İlk görüşdə olduğu kimi, cavab oyununun əsas vaxtında da 2:1 (3:3) hesabı qeydə alınıb. Əlavə vaxtda qalibi müəyyən etmək mümkün olmayıb. Penaltilərdə isə ingilislər daha dəqiq olmaqla adlarını yarımfinala yazdırıblar – 3:4.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir