Dünya

Taxıl daşıyan daha bir gəmi Odessa limanını tərk etdi – FOTO

Sharing is caring!

Bu gün ərzaq daşıyan daha bir gəmi Ukraynanın Çernomorsk limanından yola düşüb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yayılıb:

“Beliz bayraqlı “MARİA” gəmisi qarğıdalı yükü ilə Çernomorsk limanını tərk edib”.

Daha dörd gəminin taxıl üçün Ukraynaya gedəcəyi bildirilir.

Xatırladaq ki, iyulun 22-də İstanbulda “taxıl dəhlizi” haqqında saziş imzalanıb. İmzalanmış müqaviləyə əsasən, Rusiya Federasiyası limanlarda atəş açılmayacağına dair öhdəlik götürüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir