İdman

İddiaçılar Turniri: Nicat Abasov Firuzcaya uduzub

Sharing is caring!




Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxıb.

Oxu.Az-ın məlumatına görə, 28 yaşlı qrosmeyster XI turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib. Abasov qara fiqurlarla oynayıb. O, hazırda üç xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Firuzca isə 4,5 xalla yeddincidir.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. Səkkiz şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrosmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir