İdman

Bundesliqa: Həm “Bavariya”, həm də Dortmund “Borussiya”sı rahat qələbə qazandılar – VİDEO

Sharing is caring!




Almaniya Bundesliqasının 29-cu turunun “Bavariya” və “Köln” komandalarının qarşılaşması baş tutub.

Oxu.Az xəbər verir ki, Komandalar Almaniyanın Münhen şəhərindəki “Allianz Arena”da qarşılaşıblar. Meydan sahibləri inamlı qələbə qazanıblar – 2:0.

Matçın ilk qolu 65-ci dəqiqədə vurulub. “Bavariya”nın portuqaliyalı müdafiəçisi Rafael Qerreyro fərqlənib. 90+3-cü dəqiqədə Tomas Müller münhenlilərin qələbəsini təmin edib.

Bu qələbədən sonra “Bavariya”nın aktivində 63 xal toplanıb. Tomas Tuxelin yetirmələri Almaniya çempionatının turnir cədvəlində ikinci yerdədirlər. Köln 22 xalla 17-ci yerdə qərarlaşıb.

29-cu turun digər maraqlı matçında Dortmund “Borussiya”sı səfərdə “Borussiya Münhenqladbax”ı məğlub edib – 2:1.

İlk hissənin ortalarında arılar Marsel Sabitzerin səyi ilə iki qol vurublar. Meydan sahibləri Maksimilian Veberin dəqiq zərbəsindən sonra fərqi azaldıb.

55-ci dəqiqədə Kərim Adeyeminin meydandan qovulmasından sonra dortmundlular azlıqda qalıblar. Bununla belə, Münhenqladbax təmsilçisi say çoxluğundan istifadə edə bilməyiblər.

“Borussiya Dortmund” Bundesliqada əlavə göstəricilərə görə “RB Leypsiq”dən geri qalaraq beşinci yerdədir. “Borussiya Münhenqladbax” isə 11-ci yerdə qərarlaşıb.

 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir