İdman

“Barselona”nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

Sharing is caring!




“Barselona” klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib.

Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub.

İspaniyalı müdafiəçi PSJ ilə görüş zamanı əsas heyətdə çıxış edib və komandasına kömək edib.

Qeyd edək ki, Pau Kubarsi “Barselona” futbol akademiyasının yetirməsidir və bu mövsüm komanda ilə 26 oyunda meydana çıxıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir