İdman

Azərbaycanın güləş milliləri toplanışa başlayacaqlar

Sharing is caring!




Azərbaycanın güləş milliləri bu gün növbəti təlim-məşq toplanışına start verəcəklər.

Oxu.Az-ın xəbərinə görə, sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalar Quba Olimpiya İdman Kompleksində məşqləri bərpa edəcəklər.

Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dən dəvət edilən mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təmrinlər həyata keçiriləcək. Dözümlülük və fiziki gücün artırılması ilə yanaşı, güləş xalçası üzərində taktiki-texniki məşqlərə də yer ayrılacaq.

Qeyd edək ki, toplanış iki həftə davam edəcək və komandalar növbəti hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir