İdman

“Real Madrid”dən axşamkı oyunla bağı UEFA-ya maraqlı təklif – FOTO

Sharing is caring!




“Real Madrid” Çempionlar Liqasında (ÇL) “Mançester Siti” ilə keçirəcəyi oyun üçün UEFA-ya maraqlı təkliflə müraciət edib.

Bu barədə insayder Mario Korteqana xəbər verib.

Onun sözlərinə görə, klub oyun zamanı stadionun üzərinin örtülməsini istəyib. “Real Madrid”in bu istəklə stadionda səslərin dağılmamasını təmin edərək, mahnıların desibellərini artırmağı və daha güclü bir atmosfer yaratmağı hədəflədiyi bildirilib.

UEFA “Real Madrid”in istəyini qəbul edib.

Qeyd edək ki, “Santyaqo Bernabeu”nun damı futbol matçında ilk dəfə bağlanacaq.

Xatırladaq ki, bu gün UEFA ÇL 1/4 final mərhələsinə start veriləcək. Turnirin favoritləri “Real”la “Mançester Siti” birincilərin meydanında saat 23:00-da qarşılaşacaqlar.

Onu da qeyd edək ki, İŞİD təşkilatı Çempionlar Liqasının 1/4 finalında terror aktı törətməklə hədələyib.

Mənbə: The Athletic

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir