İdman

Çempionlar Liqası: İki oyunda on qol vuruldu – VİDEO

Sharing is caring!




UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, ilk gündə iki oyun keçirilib.

Turnirin favoritləri “Real Madrid”lə “Mançester Siti” birincilərin meydanında üz-üzə gəliblər. ÇL-in ən titullu komandası ilə turnirin son qalibi arasındakı qol duelində qalib müəyyənləşməyib – 3:3.

Digər qarşılaşma Londonda baş tutub. Yerli “Arsenal” Münhen “Bavariya”sını qəbul edib. Tərəflər hərəyə iki dəfə fərqlənməklə sülhə razılaşıblar – 2:2.

Qeyd edək ki, mərhələnin “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund) və PSJ (Fransa) – “Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək. Cavab matçları isə aprelin 16-17-də təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir