İdman

Azərbaycanın həndbol millisi Şimali Makedoniyaya uduzub – FOTO

Sharing is caring!

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Oxu.Az-ın məlumatına görə, beşinci qrupda yer alan komanda bu gün V tur çərçivəsində doğma meydanda Şimali Makedoniya yığmasına uduzub.

Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin 37:22 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar.

Hazırda Azərbaycan millisi iki xalla qrupda sonuncu – dördüncü pillədə yer alıb. Şimali Makedoniya isə altı xalla ikincidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir