İdman

Azərbaycan millisinin futbolçusu zədə səbəbindən heyətdən çıxarılıb

Sharing is caring!

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, “Qarabağ”dan yığmaya cəlb edilən Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, millimiz martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq.

Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir