İdman

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri turnirdən Vətənə medallarla dönüblər – FOTO

Sharing is caring!

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Niderlandda keçirilən turnirdən ötən gecə Vətənə dönüblər.

Oxu.Az xəbər verir ki, martın 17-də Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open – 2024” turnirində idmançılarımız uğurla çıxış ediblər.

Sinxron proqramda qüvvəsini sınayan Əli Niftəliyev və Ammar Baxşaliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yığmanın digər üzvləri – Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc medal qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir