İdman

Qvardiola “Barselona”nın transfer etmək istədiyi futbolçu haqqında danışdı

Sharing is caring!

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola komandanın portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silvanı klubdan mümkün gedişi ilə bağlı danışıb. 

53 yaşlı mütəxəssis bildirib ki, Bernardo Silva klubda hamının sevgisini qazanan futbolçusudur.

“Klubda hər kəs Bernardonu sevir, onun bizimlə qalmasını istəyirik. Bu, komanda üçün çox vacibdir”, – deyə P.Qvardiola vurğulayıb.

Qeyd edək ki, 29 yaşlı futbolçunun transferində “Barselona” maraqlıdır. Hətta Kataloniya klubunun rəhbərliyi futbolçunun agenti ilə də danışıqlar aparıb.

Məlumat üçün əlavə edək ki, portuqaliyalı bu mövsüm İngiltərə Premyer Liqasında 24 oyun keçirib, altı qol vurub və dörd məhsuldar ötürmə edib.

Mənbə: Goal.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir