İdman

“Qarabağ” Azərbaycan çempionatlarında XXI əsrin rekorduna imza atıb

Sharing is caring!

“Qarabağ” Azərbaycan Premyer Liqasının 27 turunda 71 qol vurub.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, bu, ölkə çempionatları tarixində son 25 ilin və XXI əsrin rekordudur.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.

Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. “Neftçi” bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir