İdman

“Çelsi” “Lester”ə qalib gələrək, İngiltərə Kubokunun yarımfinalına yüksəldi – VİDEO

Sharing is caring!

İngiltərə kubokunun 1/4 final matçı “Çelsi” və “Lester” arasında baş tutub.

Oxu.Az xəbər verir ki, görüş London klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərindən Mark Kukurelya (13-cü dəqiqə), Koul Palmer (45+1-ci dəqiqə), Karni Çukvuemeka (90+2-ci dəqiqə) və Noni Madueke (90+6-cı dəqiqə) fərqləniblər. Qonaqların heyətində isə Stefi Mavididi fərqlənib (62-ci dəqiqə). Paytaxt klubunun müdafiəçisi Aksel Disasi topu öz qapısına göndərib (51-ci dəqiqə).

Qeyd edək ki, 73-cü dəqiqədə Kallum Doyl “Lester”dən qırmızı vərəqə alıb.

Beləliklə, “Çelsi” İngiltərə kubokunun yarımfinalına yüksəlib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir