İdman

Azərbaycan Basketbol Liqası: “Sumqayıt” səfərdə qələbə qazanıb

Sharing is caring!

Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulub.

Bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, sonuncu matç Şəkidə gerçəkləşib.

Şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 98:83.

Bu nəticədən sonra 20-ci xalını qazanan “gənclik şəhəri” təmsilçisi 7-ci sıradakı “Cəlilabad”a çatıb. “Şəki” 15 xalla sonuncudur.

Qeyd edək ki, XV turda “Neftçi” “Gəncə”ni (97:62), “NTD İndiqo” “Sərhədçi”ni (84:74), “Xəzri” “Xırdalan”ı (108:82), “Sabah” “Cəlilabad”ı (90:76) məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir